“İnter” “Lokomotiv” və “Fakel”lə oynayacaq
23.12.2011 - 16:32
“İnter” “Lokomotiv” və “Fakel”lə oynayacaq
Yanvarın 4-dən 6-dək Rusiya Federasiyasının Voronej şəhərində Andrey Likontsevin xatirəsinə həsr olunmuş uşaqlar arasında futbol turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Rusiyanın, Ukraynanın və Belarusun U-10 komandaları yanaşı, Azərbaycanın “İnter” PİK Uşaq-Gənclər Futbol Məktəbinin “İnter” və “Şəfa” kluabları da mübarizə aparacaqlar.

Püşkatmaya əsasən, “Şəfa” A qrupunda “Metallist” (Xarkov, Ukrayna), “Salyut” (Belqorod, Rusiya), “Futbol Akademiyası” (Voronej, Rusiya) və “Strela” ( Voronej, Rusiya) komandaları ilə qüvvəsini sınayacaq.

B qrupunda çıxış edəcək “İnter” isə “FK Minsk” (Minsk, Belarus), “Fakel”( Voronej, Rusiya), “Lokomotiv” (Liski, Rusiya), “Kristal” (Voronej, Rusiya), “Metallurq-Oskol” ( St.-Oskol, Rusiya) klubları ilə üz-üzə gələcək.