“Sergey Yuran hansı şəraitə, hara gəldiyini yaxşı bilirdi”
24.12.2011 - 00:01
“Simurq”dakı problemlər haqda çox deyilir. Ancaq klubumuzun heç bir maddi çətinliyi yoxdur. Futbolçular, komanda üzvləri maaşlarını, mükafatları vaxtı-vaxtında alırlar. Hətta elə olub ki, futbolçulara ay bitməmiş maaşlarını vermişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq”un icraçı-direktoru Vaqif Əliyev deyib.
Zaqatala təmsilçisinin cari mövsümdə “sükanı arxası”na gətirdiyi Sergey Yuran son vaxtlar uduzduqları oyunda şəraitsizlikdən gileylənməyi ilə diqqət mərkəzinə düşüb. Rusiyalı mütəxəssis konkret olaraq AZAL-a Bakıda 1:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında futbolçuların gecə yaxşı yatmadığından, qaldıqları otaqlarda qızdırıcının olmamağından şikayətlənmişdi.
“Simurq” rəsmisi Yuranla məsələni aydınlaşdırdıqlarını bildirib. Onun sözlərinə görə, ciddi narahatçılığa əsas yoxdur: “Komandada 30 nəfər var, 20-si rahat, 10-u narahat ola bilər. Bəlkə kiminsə yuxusu gec gəlir, yaxşı yata bilməyib? Biz buna nə edə bilərik? Sadəcə, həmin vaxt 1-2 otaqda elektriklə bağlı problem olduğundan, kondisioner işləməmişdi. Sonradan bu nasazlıq aradan qaldırılıb”.
Əliyev Yuranla yollarını ayırmaqlarının gündəmdə olmadığını bildirib: “O, hansı şəraitə işləməyə gəldiyini yaxşı bilirdi və imzaladığımız müqaviləyə görə maaşını, mükafatını vaxtında alır. Buna görə də heç biri narazılıq ola bilməz. Yuran daha iddialı klubda işləmək istəyirsə, bu, öz işidir. Bizdə klub üçün müəyyən büdcə ayrılıb və ona əsasən fəaliyyət göstəririk. Komandanın üzvləri üçün Zaqataladakı bazamızda şərait, qalmağı yerləri var, yeməklə və digər lazım olan şeylərlə təmin edirik”.
Qeyd edək ki, “Simurq” yanvarın 14-də yığışıb, Türkiyəyə 3 həftəlik təlim-məşq toplanışına yollanacaq. Əliyev hazırda Moskvada olan Yuranın birbaşa Antalyaya gəlib, komandaya orada qoşulacağını söylədi.

0
0