Amit Quluzadə: 13 oyunla 13-cü
23.12.2011 - 17:29
Azərbaycan millisinin futbolçusu Amit Quluzadənin çıxış etdiyi Türkiyənin “Ərciyəsspor” klubu üçün 2011-ci il başa çatıb. Apasport.az saytının məlumatına görə, Bank Asiya I Liqanın XVI turundan sonra ölkə kubokunda meydana çıxıb, mübarizəni dayandıran Kayseri təmsilçisi bir də 2012-ci ildə rəsmi oyun keçirəcək.
16 oyundan sonra hesabında 27 xal olan Amitin komandası hazırda 5-ci pillədə qərarlaşıb. 19 yaşlı yarımmüdafiəçi 16 çempionat matçının 12-də meydana çıxıb. Bu göstəricidə komandasının 13-cü oyunçusu olan Quluzadə hələlik qol hesabını açmayıb.
Kubok qarşılaşmasının da iştirakçısı olan həmyerlimiz ümumilikdə “Ərciyəsspor”un 13 matçının iştirakçısı olub. Amit bu göstəricidə də komandasının 13-cü futbolçusudur.

0
0