“Turan”ın hücumçusu debütanta keçir
23.12.2011 - 19:25
Premyer Liqanın II dövrəsində turnir cədvəlinin “zirzəmi”sini “Turan”a təhvil edən “Sumqayıt Şəhər” Tovuz klubunun hücumçusuna göz qoyub. Apasport.az saytının xəbərinə görə, Bernard Raab qış fasiləsi ərəfəsində bu komandalar arasında keçirilən oyunda “Turan”ın formasını geyinən Yasin Abbasovun oyununu bəyənib. Futbolçunu qış hazırlığı zamanı baxışa dəvət etməyi düşünən sumqayıtlılar onunla müqavilə imzalamağı da düşünür.
0
0