Rəşad Sadıqovun Türkiyədə əməliyyatı uğurlu keçib - FOTO
24.12.2011 - 11:15
“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov Türkiyədə cərrahiyyə əməliyyatı olunub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, milli komandamızın 29 yaşlı kapitanın İstanbulda əməliyyatı uğurla keçib. Qasıq nahiyəsində uzun müddətdir problemləri olan Rəşad Premyer Liqanın ilin son turunda “Qəbələ” ilə səfər matçından dərhal sonra qardaş ölkəyə yollanmışdı.
Hazırda Sadıqovla birgə olan “Qarabağ”ın fizioterapevti Oktay Gürsoy hər 2 nahiyədə keçirilən əməliyyatın uğurlu alındığını bildirib. Onun sözlərinə görə, Rəşad özünü yaxşı hiss edir və bir neçə gün həkim nəzarətində qalacaq. Yeni ili Türkiyədə qarşılayacaq, yanvarın ilk 10 günlüyündə vətənə dönəcək Sadıqova qısa zamanda ayağa qalxmağı arzulayırıq.

0
0