Araz Abdullayevə Superliqadan rəsmi təklif
24.12.2011 - 11:47
Araz Abdullayevə Superliqadan rəsmi təklif
“Neftçi”nin futbolçusu Araz Abdullayev Yunanıstandan növbəti dəvət alıb. Apasport.az saytının məlumatına görə, yığmamızın üzvü olan 19 yaşlı sol cinah yarımmüdafiəçini “Panionios” klubu heyətində görmək istəyir. Yunanıstanın Superliqa klubu Arazla bağlı rəsmi təklif göndərib. Orada Abdullayevin ayın sonuna kimi bu ölkəyə göndərilməyi ilə bağlı müraciət edilib.

“Neftçi”də icarə əsasında oynayan Arazın transfer hüquqları İngiltərənin “Everton” klubuna məxsusdur. Liverpul təmsilçisi razılıq verərsə, futbolçumuz mövsümün sonuna Yunanıstan klubunun şərəfini qoruyacaq. “Panionios” Abdullayevi baxışdan keçirmədən birbaşa heyətinə qatmaq istəyir.

“Everton”un Arazı bu yay Yunanıstanın köklü klublarından olan PAOK-a icarəyə verməyi gündəmdə idi. Yarımmüdafiəçi dekabrın əvvəlində İngiltərəyə yollansa da, Fransanın “Renn” klubuna icarəyə verilməyi variantı alınmadı.

Qeyd edək ki, 1890-cı ildə yaranan “Panionios” 2 dəfə ölkə kubokunu (1979, 1988) qazanıb. Afina yaxınlığındakı Nea Smirni şəhərciyini təmsil edən komanda ötən mövsümdə olduğu kimi, Superliqanın 16 iştirakçısı arasında 10-cu yerdə gedir.