Vaqif Cavadovun sabiq komanda yoldaşı ilin ən yaxşı futbolçusu seçildi
24.12.2011 - 12:25
Bolqarıstanda 2011-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Hollandiyanın “Tvente” klubunun və Bolqarıstan yığmasının 23 yaşlı qapıçısı Nikolay Mixaylov ölkəsində ən yaxşı seçilib. Bununla da Nikolay hazırda Bolqarıstan Futbol İttifaqının prezidenti olan atası Borislav Mixaylovun 25 illik əvvəlki uğurunu təkrarlayıb. Uzun illər Bolqarıstan yığmasının əsas qapıçısı olan Borislav 1986-cı ildə “Levski”də oynadığı zamanı bu mükafatı alıb.
Mixaylov Bolqarıstanın idman jurnalistləri arasında keçirilən sorğuda 224 xal toplayıb. O, İngiltərə Premyer Liqasında oynayan tanınmış həmyerliləri - “Aston Villa”nın kapitanı Stilyan Petrovla (200) “Mançester Yunayted”in hücumçusu Dimitar Berbatovu (196) qabaqlayıb. Sonuncu ölkəsində 7 dəfə ilin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, Mixaylov “Tvente”nin qapıçısı kimi 2009-cu ildə Avroliqanın son təsnifat mərhələsində “Qarabağ”la oyunların iştirakçısı olub. Ağdam klubunun və millimizin hücumçusu Vaqif Cavadov 2010-cu ilin yanvarından avqustuna kimi Enshede təmsilçisinin şərəfini qoruduğu zamanı Nikolayla komanda yoldaşı olub.

0
0