“Qalatasaray” bombasını partlatmağa hazırlaşır
24.12.2011 - 13:22
“Qalatasaray” bombasını partlatmağa hazırlaşır
”Qalatasaray” növbəti transfer bombasını partlatmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” İtaliyanın “İnter” klubunda çıxışı ilə tanınan 27 yaşlı nigeriyalı hücumçu Obafemi Martinsin keçidini həll edir. “İnter”dən sonra İngiltərədə “Nyukasl”da, Almaniyada “Volfsburq”da oynayan Martins hazırda Rusiyanın “Rubin” klubunda çıxış edir. Kazan təmsilçisi ilə müqaviləsi 2013-cü ilin bitən Martinsə görə kompensasiyanın 3 milyon avro olmağı “Qalatasaray”ın maraqlarına uyğun gəlir. Baş məşqçi Fatih Terim ilk hədəf olaraq sol cinaha oyunçu gətirmək istəyir və rəhbərliyə Nigeriya yığmasının üzvünün adını verib. Nəticədə artıq danışıqlar başlanılıb.

İstanbul klubu bu futbolçu olmazsa, diqqətini “Bazel”in və İsveçrə yığmasının gənc ulduzu Xerdan Şaqiriyə yönəldəcək. Terim milliyətcə bosniyalı olan 20 yaşlı bu istedadlı futbolçunu çox bəyənir və onu alacaqları halda, uzun illər faydalanacaqlarını bildirib. “Qalatasaray”ın bu transferdə rəqibi Xerdana maraq göstərən Terimin keçmiş komandası “Fiorentina”dır.

“Qalatarasay”ın yerli transferlərdə “Manisaspor”un futbolçusu Yigit Gökoğlanın keçidi ilə bağlı danışıqlar aparır. Ona görə istənilən 3 milyon avronu çox hesab edən “Qalatasaray” rəqəm 2 milyona düşərsə, müqaviləni imzalayacaq.