Gəncədə qalmaqal: Mirbağır İsayev istefa verdi
24.12.2011 - 14:36
“Kəpəz”də cari mövsümdə ikinci baş məşqçi istefası baş verib. Apasport.az saytının məlumatına görə, Mirbağır İsayev Gəncə klubunun baş məşqçisi postunu tərk edib.
37 yaşlı çalışdırıcı bu postda uğursuz nəticələrdən sonra ötən yay istefaya gedən Mehman Allahverdiyevi əvəzləmişdi. “Kəpəz” İsayevin rəhbərliyi altında ölkə kubokunu da nəzərə alaraq, 6 oyuna çıxarıb və bunların yarısında uduzub.
İsayevin istefasına səbəb rəhbərliklə arasında yaranan fikir ayrılığıdır.
Belə ki, az öncə İsayevin göstərişi ilə 11 futbolçu komandadan kənarlaşdırılıb. Amma rəhbərlik israrla məşqçidən həmin futbolçuların bəzilərinin geri qaytarılmasını tələb edib. Bununla razılaşmayan gənc çalışdırıcı “mən komandaya tapşırıqla futbolçu götürmürəm” deyərək, vəzifəsindən ayrılıb.
Maraqlıdır ki, komandanın prezidenti Elmir Əliyev istefadan xəbərsiz olduğunu bildirib: “Mən 2-3 gündür Mirbağır müəllimi görmürəm. Heç nədən də xəbərim yoxdur. Ümumiyyətlə, siz niyə onun özünə yox, mənə zəng edirsiniz?”

0
0