“Qəbələ” beynəlxalq turnirdə iştirak edəcək
24.12.2011 - 15:18
“Qəbələ” növbəti beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 13 yaşlılardan ibarət komanda yanvarın 16-dan 18-dək Latviya paytaxtı Riqada “OPEN CUP 2012” turnirində oynayacaq. Qəbələ Futbol Akademiyasında təlim görən yeniyetmə futbolçuların hazırlığının peşəkar səviyyəyə çatdırılması üçün xarici ölkələrdə keçirilən beynəlxalq turnirlərə böyük önəm verilir. Bu il akademiya komandalarının bir neçə beynəlxalq turnirdə iştirakını təmin edən qəbələlilər yaxın günlərdə daha bir kollektivi xaricə göndərəcək.
Turnirdə “Dinamo” (Riqa) və “Metallurq” (Liepeya, hər ikisi Latviya), Strogino Akademiyasının komandası (Moskva, Rusiya), “KuİF” (Finlandiya), “Şyaulyay” (Litva) və “Pryanu” (Estoniya) komandaları mübarizə aparacaq.
“Qəbələ” Latviyaya 18 futbolçu ilə yollanacaq. Bunlar Ülvi Xəlilzadə, Fərman Bayramov, Aqşin Hüseynov, Yusif Yusifzadə, Faiq Hacıyev, Tural Əjdərli, Rəsul Yolçuyev, Murad Qayalı, Elmir Ağamirov, Ülvi Əliyev, Emin İsmayılov, İlkin Abdullayev, Fərid Nəbiyev, Osman Soltanov, Əli Məzahirli, Rəvan Rəfiyev, Cavidan Qasımlı, Elvin İmanlı. Nümayəndə heyətində Nail Kərimov (Qəbələ Futbol Akademiyasının direktor müavini), Recep Yazıçı (baş məşqçi), Sərdar Qafarov (məşqçi), Teymur Musayev (qapıçılarla işləyən məşqçi), Şabəddin Məmmədov (fizioterapevt), Xəyyam Cəlalov (inzibatçı), Polad Mehrəliyev (kameraman) yer alacaq.

0
0