Düşərli olmayan xoşbəxt rəqəm və ya Gəncədə ən az duruş gətirən məşqçi
24.12.2011 - 16:07
Mirbağır İsayev baş məşqçisi postundan istefa verdiyi “Kəpəz”in tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, 37 yaşlı çalışdırıcının Gəncə klubunda fəaliyyəti cəmi 43 gün çəkdi. Mehman Allahverdiyevin istefasından sonra noyabrın 21-də təyinatı reallaşan İsayev artıq qış fasiləsində gedəsi oldu.
O, “Kəpəz”i ölkə kuboku da nəzərə alsaq, 6 oyuna çıxardı. Bunlardan 5-i Premyer Liqa matçı idi. Komanda İsayevin rəhbərliyi altında evdə “Turan”la bərabərliyə qaldı (1:1), “Xəzər Lənkəran”a böyük hesabla uduzdu – 1:4. Gəncəlilər səfərdə “Rəvan”a 2:1 hesabı ilə qalib gəldi, “Sumqayıt Şəhər”ə 1:4, “Neftçi”yə 0:2 hesabı ilə uduzdu. İsayev Gəncədə I divizion təmsilçisi “Bakılı”ya 2:0 hesabı ilə qalib gələrək, komandanı ölkə kubokunun ¼ finalında “Neftçi”yə rəqib etdi. Göründüyü kimi, gənc çalışdırıcı 6 oyundan 2-də qalib gəldi, 1-də heç-heçə etdi, son 3-ü uduzdu. Topların fərqi 5-13 “Kəpəz”in rəqiblərinin xeyrinə olub.
İsayev 1992-ci ildən milli çempionatımızda çıxış edən “Kəpəz”in müstəqillik dövründə 7-ci baş məşqçisi oldu. Bu xoşbəxt rəqəmə çatanadək 6 çalışdırıcı müxtəlif turnirlərdə gəncəliləri rəsmi oyunlara çıxarmışdı. Onlar arasında oyun sayında (353) rekordçu İsayevin sələfi Mehman Allahverdiyevdir. Bu posta təyinat sayında isə 4 dəfə gəlib-gedən Fuad İsmayılov öndədir. 2006-09-cü illərdə fəaliyyəti dayanan “Kəpəz” 1959-cu ildə yaranıb və 1992-ci ilə qədər SSRİ-nin təmsilçisi olub. Klub tarixi ərzində müxtəlif adlar daşıyıb.
Göründüyü kimi, xoşbəxt rəqəm sayılan 7 İsayevə düşmədi. Belə ki, o, “Kəpəz”in tarixində ən qısa müddətli, oyun sayı ən az baş məşqçisi oldu. Bunadək Gəncə klubunda mövsümü əvvəldən sonadək işləməyən çalışdırıcı yalnız “Neftçi”nin sabiq müdafiəçisi Arzu Mirzəyev olmuşdu.
İsayev məşqçiliyə 2006-cı ildə “Neftçi”də başlayaraq, 2006/07 mövsümündə Qurban Qurbanovun köməkçisi oldu, çempionatımızın gümüş medalını qazandı. O, 17 yaşlılardan ibarət yığmamızda əvvəlcə məşqçi, sonra baş məşqçi işləyib. 2009/10 mövsümündə Arif Əsədovun “Neftçi”nin əsas komandasına keçidindən sonra əvəzediciləri çalışdıran, mövsümün ortasında istefa verən İsayevin ən uğurlu işi “Abşeron”da oldu. Belə ki, o, debütantı I divizionda məğlubiyyətsiz çempion edərək, Premyer Liqaya çıxardı. Ancaq klub dağıldığından, İsayev güclülər dəstəsində baş məşqçi kimi debütünü “Kəpəz”lə etdi.
”Kəpəz”in müstəqillik dövründə baş məşqçiləri
1. Şahmir Hüseynov (1992)
2. Mübariz Zeynalov (1993)
3. Mehman Allahverdiyev (1993-2003, 2011)
4. Fuad İsmayılov (2003, 2004, 2006, 2009-11)
5. Arzu Mirzəyev (2003)
6. Şahin Diniyev (2004-05)
7. Mirbağır İsayev (2011-ci ilin noyabrın 21-dən dekabrın 24-dək)
Mehman SÜLEYMANOV

0
0