Premyer Liqada 6-cı istefa: Rednik öndə, Həsənov sonda
24.12.2011 - 17:55
Mirbağır İsayev Premyer Liqamızın cari mövsümündə istefa verən 6-cı baş məşqçi oldu. Apasport.az saytının məlumatına görə, bununla mövsümün gedişində “Kəpəz”in 2-ci çalışdırıcısı postundan getməyə qərar verdi. İsayevin təyinatı Gəncə klubunun tarixində bütün titulları qazanan baş məşqçisi Mehman Allahverdiyevin XIII turda noyabrın 19-da AZAL-a səfərdə 0:2 hesablı məğlubiyyətdən sonra vəzifəsindən ayrılması nəticəsində - 21-də reallaşmışdı.
Cari mövsümdə digər 4 istefa isə 4 klubla bağlıdır. Onlardan yarısı əcnəbilər – rumıniyalı Mirça Redniklə ingilis Toni Adams, yarısı öz məşqçilərimiz - Bəhmən Həsənovla Elxan Abdullayev olub. İstefaların demək olar hamısı komandanın uğursuz çıxışı ilə əlaqəli idi. Yalnız İsayev bu cəhətdən fərqləndi. Belə ki, “Kəpəz”i Premyer Liqada cəmi 5 oyuna çıxaran 37 yaşlı çalışdırıcı qış fasiləsində komandanı hazırlaşdırıb, heyəti müəyyənləşdirməli idi. Hər halda, İsayevin belə qısa müddətdən sonra istefaya göndərilməyi nəzərdə tutulmamışdı. Sadəcə, o, komandadan çıxardığı ehtiyat qapıçı Tural Abbaszadəni rəhbərliyin geri qaytarmasına etiraz əlaməti kimi artıq bu gün getməyi üstün tutdu.
Nəticədə İsayev cari mövsümdə istefa verən həmkarları arasında Premyer Liqada ən az oyun keçirən oldu. İlk istefa verən Bəhmən Həsənov da İsayevi bu göstəricidə qabaqlayır. Ancaq “Kəpəz”in sabiq çalışdırıcısı “Rəvan”dakı həmkarından daha çox xal toplamağı ilə öyünə bilər. Həsənov qalib gəlməyən yeganə baş məşqçi oldu, İsayev isə yeganə qələbəsini məhz “Rəvan” üzərində qazandı. O, Həsənovu əvəzləyən Vladislav Qədirovu onun meydanında 2:1 hesabı ilə yendi.
Postundan ayrılanlar arasında ən çox oyun keçirən “Xəzər Lənkəran”da il yarım çalışan Mirça Rednik oldu. Özü də yalnız rumıniyalı çalışdırıcı ilə İsayev cari mövsümdə ölkə kubokunda da debüt etdi və qələbə sayəsində ¼ finala vəsiqə qazandılar. “Kəpəz”in sabiq çalışdırıcısı vəzifəsindən gedən həmkarları arasında eyni zamanda yaşca ən kiçikdir – 37 yaş. Yeri gəlmişkən, ən yaşlı istefa verən də elə “Kəpəz”in baş məşqçisi, İsayevin sələfi Allahverdiyev olub – 51 yaş.
Qeyd edək ki, ötən mövsümdə də “Kəpəz”də 2 baş məşqçi işlədi. Fuad İsmayılovu martda, “altılığ”ın əvvəlində Allahverdiyev əvəzlədi. Ancaq bu dəfə 3-cü çalışdırıcının təyinatı gözlənilir. Keçən mövsümdə rekord istefa isə “Turan”da oldu. Belə ki, Tovuz klubunda 3 istefa - Sakit Alıyev, gürcü Revaz Dzodzuaşvili və türkiyəli Naci Şensoyun gedişi reallaşdı.
Premyer Liqamızın cari mövsümündə istefa verən baş məşqçilər
1. Bəhmən Həsənov (“Rəvan”) – 6 oyun (3 heç-heçə, 3 məğlubiyyət, topların fərqi 6-9, 3 xal)
2. Elxan Abdullayev (AZAL) – 11 oyun (2 qələbə, 4 heç-heçə, 5 məğlubiyyət, 12-16, 10 xal)
3. Toni Adams (“Qəbələ”) – 12 oyun (4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət, 12-16, 15 xal)
4. Mehman Allahverdiyev (“Kəpəz”) – 13 oyun (3 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət, 16-21, 12 xal)
5. Mirça Rednik (“Xəzər Lənkəran”) – 15 oyun (8 qələbə, 4 heç-heçə, 3 məğlubiyyət, topların fərqi 19-15, 28 xal)
6. Mirbağır İsayev (“Kəpəz”) – 5 oyun (1 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, 5-13, 4 xal)
Mehman SÜLEYMANOV

0
0