“Kəpəz”in yeni baş məşqçisi məlum oldu
24.12.2011 - 19:39
“Kəpəz”in yeni baş məşqçisi məlum oldu
“Kəpəz” klubunun yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumata görə, rəhbərlik Mirbağır İsayevin istefasından sonra boş qalmış baş məşqçi postunu müvəqqəti Fuad İsmayılova həvalə edib.

Buna qədər I divizion təmsilçisi “Tərəqqi”ni çalışdıran İsmayılov bundan sonra “Kəpəz”də işləməklə, komandanı qış fasiləsi çərçivəsində çempionatın növbəti turlarına hazırlayacaq.

Qeyd edək ki, İsayev bu gün rəhbərliklə aralarında fikir ayrılığı yarandıqdan sonra istefa verdiyini açıqlayıb.