“Qarabağ” rəhbərliyi verdiyi sözə əməl etmədi”
25.12.2011 - 12:00
“Qarabağ” və “Xəzər Lənkəran” klublarının sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Rasim Karanın apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”dan ayrıldıqdan sonra Türkiyə Futbol Federasiyasında çalışdınız. Hazırda işiniz nədən ibarətdir?
- Öncə Azərbaycan xalqını salamlayıram. Bakıdan qayıtdıqdan sonra federasiyada futbolun inkişafı üzrə direktor çalışıram. Eyni zamanda, UEFA-nın məşqçi kurslarında bir öyrədici olaraq, müəyyən işlər həyata keçirirəm. 18 il öncə Türkiyədə başladığım qapıçılarla işləri davam etdirəcəyəm. Bu işə 5 ildir ara verilmişdi.
- Ölkəmizdən getdikdən sonra heç bir klubun baş məşqçisi olmamısınız. Bunun səbəbi nədir?
- 1990-96-cı illərdə Fatih Terimlə birgə yığmada bəzi işlər həyata keçirirdik. Həmin işin davamı ilə əlaqədar çalışıram. Əgər bu gün federasiyadan ayrılmağım lazım gələrsə, əlbəttə ki, klubda da işləyərəm. Hazırkı işimdən məmnunam.
- Azərbaycan çempionatı ilə maraqlanırsınızmı? Əgər baxırsınızsa, düşüncələriniz necədir?
- Bəli, izləyirəm. Yenə həmin komandalar hər il çempionluq uğrunda mübarizə aparırlar. Məncə, hər ötən gündə peşəkarlıq baxımından inkişaf olur. Aşağı yaş qruplarına diqqət artırılır, infrastrukturun yaxşılaşdırılmasına önəm verilir. Gec-tez futbolunuz bundan bəhrələnəcək. Bu arada mənim vaxtilə şans verdiyim 16-17 yaşlı futbolçuların həm “Qarabağ”ın, həm də milli komandanın əsas üzvləri sayılmasına sevinirəm. Hesab edirəm ki, Azərbaycan futbolunda bundan sonra da ilk “onbirlik”də 6-7 nəfər 16-17 yaşlı futbolçuya şans verən baş məşqçi və klub olmayacaq. Əgər yadınızdadırsa, biz gənc komanda ilə çempionatı 5-ci pillədə bitirdik, həm də təmiz futbolun nə olduğunu göstərdik. O vaxt “Olimpik”i 1:0 hesabı ilə üstələyərək, çempion komandanı biz müəyyənləşdirdik. Məncə, bu məsələ illər boyu unudulmayacaq və örnək kimi xatırlanacaq.
- “Qarabağ”da sizin yerinizə gətirilən Qurban Qurbanov hələ də fəaliyyətini davam etdirir. Sizcə, o, “Xəzər Lənkəran” kimi komandada bu qədər uzun müddətdə işləyə bilərdimi?
- Bildiyiniz kimi, mən Azərbaycanda yalnız 2 klubda çalışdım. Hər 2 komandanın azarkeşlərinin tələbini çox yaxşı bilirəm. Buradan bir məsələyə nöqtə qoymaq istərdim, çünki məsələyə düzgün yanaşmayanlar var. Son olaraq, “Qarabağ”dan “Xəzər Lənkəran”a keçməyimə əsas səbəb mənə verilən sözə əməl olunmamağı idi. “Qarabağ” 1 il ərzində mənə baza və 4 təbi örtüklü meydança tikilməsi barədə vəd vermişdi. Bunu klub rəhbərliyi mətbuat konfransında da açıqlamışdı. Pul məsələsi ayrılmağım üçün səbəb deyildi. Lənkəranda debüt ilində çempion ola bilməyən baş məşqçi ikinci il yoluna davam edə bilməz. Amma “Qarabağ”da belə deyil.
- “Xəzər Lənkəran” cari mövsümdə əla start götürsə də, sonradan uğursuzluq yaşandı. Sizcə, bu gedişlə lənkəranlılar qarşıya qoyulan hədəfə çata biləcəklərmi?
- “Xəzər Lənkəran”ın hədəfi hər zaman ən yaxşısını etməkdir. Fikrimcə, vəziyyətdən asılı olmayaraq, bu il də çempionluğa ən böyük namizədidir.
- Uğursuz nəticədən sonra klubun baş məşqçisi postunda Mirça Redniki Cüneyt Biçer əvəzlədi. Həmyerliniz barədə hansı fikirdəsiniz?
- Cüneyt Biçəri yaxından tanımıram. Amma aşağı yaş qrupları üzrə komandalardan bura qədər yüksəlibsə, deməli, bunu haqq edib. Sizin vasitənizlə ona uğurlar arzulayıram.
- Bir ara Azərbaycanda çox sayda türkiyəli oynadı. Misal olaraq, Göksel Akıncı, Devran Ayhan, Suat Usta, Ali Cansun, Levent Kartopu göstərə bilərik. İndi yalnız Muaemmer Erdoğdu qalıb ki, o da “Kəpəz”dən uzaqlaşdırıldı. Bu azalmaya səbəb nədir?
- Ərdoğdunu Azərbaycana mən gətirmişəm. Onda 20 yaşında idi. Amma adlarını çəkdiyiniz digərlərinin Azərbaycandan getməsinin səbəblərini bilmirəm.
- Sizi yenidən Azərbaycan klublarının birində görə bilərikmi?
- Mənə Türkiyədən və başqa ölkələrdən demək olar ki, hər il dəvətlər gəlir. Əgər federasiyadan ayrılmağım lazım gələrsə, klublarda çalışacağam. Əlbəttə ki, Azərbaycanda da çalışmağa “yox” demərəm.
- Milli komandamızın baş məşqçisi Berti Foqts barədə hansı fikirdəsiniz? Ümumiyyətlə, Türkiyədə bizim millimizlə bağlı hansı düşüncələr mövcuddur?
- Azərbaycan milli komandası Berti Foqts gəlməzdən öncə də 5-ci səbətdə də yer alırdı, indi də. Uğur sayılmaq üçün milliniz əvvəlki səbətlərə qədər yüksəlməlidir. Azərbaycan millisi onsuz da həmişə arada bir heç kimin gözləmədiyi halda qələbələr əldə edib.

0
0