“Onların xeyir-duasını almışam”
25.12.2011 - 15:55
“Federasiya rəhbərliyi ilə görüşümüz oldu. Prezident Avi Luzon cə Stern Haluba ilə görüşdə onlara öz peşəkar baxışlarımdan danışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri Təl-Əvivin “Hapoel” klubunun baş məşqçisi Eli Qutman deyib.
O, İsrail milli komandasının baş məşqçi postuna yeganə namizəd olması ilə yanaşı, məsələnin artıq həll olunduğunu bildirib: “Biz müqavilənin bürün detallarını müzakirə edib razılaşdıq. İndi federasiyanın Rəyasət Heyətinin anlaşmanı rəsmiləşdirməsini gözləyirəm. Lakin rəhbərliyin xeyir-duasını artıq almışam. Onlardan xahiş etdim ki, işimə yanvarda başlayım. Onlar da bununla razılaşdı”.
Qeyd edək ki, İsrail yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alıb.

0
0