Türkiyə yığmasının qənimi “Qalatasaray”ın hədəfində
26.12.2011 - 10:21
Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi cinah yarımmüdafiəçiləri və hücumçu ilə güclənmək arzusundadır. Komandanın baş məşqçisi Fatih Terimin istəyi ilə İsveçrə “Bazel”ində çıxış edən Cerdan Şakiri ilə danışıqlara start verilib. Bu transferin qiyməti 10 milyon avro ilə dəyərləndirilir.
Bundan başqa təcrübəli ulduz istəyən Terim Ukrayna “Şaxtyor”u və Xorvatiya yığmasının kapitanı Dario Srnanı sərəncamında görmək niyyətindədir. Türkiyə millisini Avro-2012-nin pley-off mərhələsindən kənarlaşdıran Xorvatiya yığmasının lideri ilə danışıqlar hələ başlamasa da Terim bunu zəruri sayır. “Trabzonspor”da çıxış edən braziliyalı Jaja Koelyu da “Qalatasaray”ın transfer siyahısında yer alıb.

0
0