Bircə Azərbaycan düşməsin!
26.12.2011 - 12:07
“Püşkdə bəxtimizə kim düşürsə düşsün, bircə Azərbaycan yığmasından başqa”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venansio Lopez deyib.
2012-ci il dünya çempionatının pley-off mərhələsində mümkün rəqiblər haqda fikirlərini açıqlayan Lopes milli komandamızla qarşılaşmaqdan çəkinir. Sabiq dünya çempionu fikirlərini belə əsaslandırıb: “İlk növbədə Azərbaycan uzaqdadır. Bakıya getmək üçün uzun yol qət etməliyik. Amma yolun çətinliyi rəqibin gücü ilə müqayisədə şükürlüdür. Çünki Azərbaycan yığması çox güclüdür. Hər dəfə dünya çempionatına asanlıqla çıxmaq haqda düşünəndə, bu komandanın digər 5 rəqibdən daha çətin olduğu göz önünə gəlir”.
Qeyd edək ki, İspaniya pley-off mərhələsində millimizlə yanaşı, Rumıniya, Sloveniya, Slovakiya, Belarus və Macarıstan yığmalarından biri ilə görüşəcək.

0
0