Ağasəlim Mircavadov: Məndə əvvəllər belə problem olmamışdı
26.12.2011 - 13:19
“Yoğun bağırsağım tutulmuşdu. Məndə əvvəllər belə problem olmamışdı. İlk dəfə üzləşdiyimdən, əməliyyat olundum”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov deyib.
Səhhətində problem yaranan 64 yaşlı mütəxəssis Türkiyəyə yollanıb. Hazırda İzmit şəhərində olan Mircavadov bağırsağından cərrahiyyə əməliyyatı olunub: “Türkiyədə ailəvi dostum var. Onun vasitəçiliyi ilə İzmitdə “Acıbadem” xəstəxanasına gəldim. Məni əməliyyat edən həkim Əhməd bəy İzmitdə böyük tibb universitetinin professorudur. Dərhal əməliyyat olunmağımın vacibliyini dedi. Əməliyyat uğurla keçdi, indi özümü yaxşı hiss edirəm. Artıq ayağa durub, gəzirəm”.
Mircavadovun sözlərinə görə, İzmitdə digər problemini də həll edib: “Böyük bağırsağımdakı problemi da aşkara çıxarıb, aradan qaldırdılar. Böyük oğlum yanındadır, sağ olsunlar, dost-tanışlar zəng edib, vəziyyətimlə maraqlanırlar. Yəqin ki, vətənə yeni ildən sonra dönəcəyəm. Ancaq 3 aydan sonra bura təkrar müayinəyə qayıtmalı olacağam”.
Mehman SÜLEYMANOV

0
0