AFFA -dan uşaq evinə bayram hədiyyəsi - FOTO
26.12.2011 - 14:53
Bu gün Azərbaycan milli komandasının, 17 yaşadək qızlardan ibarət yığmamızın üzvləri, AFFA-nın və FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Suraxanı rayonundakı 2 saylı Uşaq Evində olublar. Apasport.az saytının məlumatına görə, onlar 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə burada tərbiyə alan uşaqları təbrik edərək, hədiyyələr veriblər.
Tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu da iştirak edib.
Tədbirdə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotu da iştirak edib.
0
0