Rivaldo “Neftçi”nin futbolçusunu aldı - FOTO
26.12.2011 - 14:59
Rivaldo “Neftçi”nin futbolçusunu aldı - FOTO
Braziliyanın San-Paulu ştatının çempionatı olan Paulistanın startı ərəfəsində klublar iştirak ərizələrinə əl gəzdiriblər. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika ölkəsindən olan həmkarlarımız komandaların yeni transferlərinin siyahısını açıqlayıblar ki, burada Azərbaycan futbolu üçün tanış sima da var.

Bu, “Neftçi” klubunun sabiq hücumçusu Joze Karlosdur. Azərbaycanı il yarım əvvəl tərk edən 24 yaşlı braziliyalı “Moği Mirim” komandasına. Özü də Bakıdan 2010-cu ilin yayında gedən Karlosun son klubu kimi elə “Neftçi” göstərilib. Bu isə o deməkdir ki, futbolçu il yarım klubsuz olub.

Jozeni heyətinə qatan “Mogi Mirim” Paulistanın son çempionu Neymarlı “Santos”u devirməyə çalışacaq. Karlosun yeni komandasının rəhbəri isə çox məşhur simadır. Belə ki, klubun prezidenti yenicə karyerasını bitirən əfsanəvi Rivaldodur.