Rəşad Sadıqov: Mən belə istəyirəm
26.12.2011 - 15:08
“Bizi növbəti seçmə mərhələdə çətin başlanğıc gözləyir. Əsas odur ki, yaxşı başlayaq. Bunu bacarsaq, ardı gələcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
Başa çatmaqda olan 2011-ci ili dəyərləndirən “Qarabağ”ın 29 yaşlı müdafiəçisinin sözlərinə görə, uğursuz il keçirməyiblər: “Düzdür, sona yaxın zədələndim. Bu da yığmanın oyunları vaxtına düşmədi. Gələn il daha yaxşı olacaq, daha uğurlu il keçirməyə çalışacağıq”.
Sadıqov millimizin gələn ilin payızında ardıcıl 3 səfər oyunundan – Portuqaliya, Rusiya və Şimali İrlandiya ilə çətin sınaqlardan üzüağ çıxmağa çalışacaqlarını bildirib. Onun sözlərinə görə, ötən seçmə mərhələdə rekord olan 7 xalın ardından daha artığını reallaşdırmağın zamanının yetişib: “Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticələr qazanaq. Seçmə mərhələnin əvvəlindəki səfər matçlarında heç olmasa, 3-4 xal toplamağa çalışacağıq. Bunu bacarsaq, davamı yaxşı olacaq. Növbəti seçmə oyunlar zamanı bundan artığını etməliyik. Yığmamızın bu dəfə 12-13 xal toplayacağını düşünürəm. Daha doğrusu, mən belə istəyirəm. Necə olacağını zaman göstərəcək”.

0
0