Azərbaycan yığması “İnter”dən güclü çıxdı
26.12.2011 - 15:56
Azərbaycan milli komandası (U-19) yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yığmamız “İnter”in U-17 və U-19-un futbolçularından təşkil olunmuş komanda ilə görüşüb. Bu gün AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da baş tutan görüşdə yığmamız qalib gəlib – 3:0. Millinin qollarını Ruslan Nəsirli, Fuad Bayramov və Ruslan Bədəlov vurublar.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0