Təbriz Həsənov: Cemi görəndə tanımadım
26.12.2011 - 17:40
“Almaniyaya səfərim “Pro” kateqoriyası ilə bağlı idi. Ora AFFA-nın texniki direktoru Bernard Lippertin tövsiyəsi ilə getmişdim. O, “Ayntraxt”da həm də oynayıb, həm də məşqçisi olub. Frankfurtda olduğum müddətdə Cem Fələyin oyununu yaxından izləmək imkanı əldə etdim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib.
44 yaşlı çalışdırıcı “Pro” kurslarında təcrübə məqsədilə Almaniyanın Bundesliqa təmsilçisi “Ayntraxt”ın düşərgəsini seçib.
Frankfurtdakı səfərini səmərəli alınan Həsənov yığmamızda oynamaq istəyən, milliyətcə türk olan, Almaniya vətəndaşlığını daşıyan Cem Fələklə yaxından tanış olmaq imkanı qazanıb: “Əlbəttə, onun adı mənə tanış idi, haqqında eşitmişdik, uşaq vaxtında oyunu olan video çarxları izləmişdim. Ancaq açığı, Cemi canlı görəndə ilk olaraq onu tanımadım, çünki böyümüşdü. Mən “Ayntraxt”da olduğum müddətdə bütün yaş qrupları ilə tanış olmaq imkanı qazandım. “Pro”nun tələblərinə görə təkcə peşəkar əsas komandanı yox, uşaq futbolu ilə bağlı hesabat hazırlamalı idim. “Ayntraxt”da olduğum müddətdə Cemlə yaxından tanış olmaq, oyununu görmək imkanını dəyərləndirdim. Fələk ailəsi ilə yaxından tanış oldum. Onun gözəl atası var. Vural bəy çox yaxşı insandır. Bildiyimə görə, anasının Azərbaycana bağlılığı var, burada çox qohumları var”.
Həsənov Cemin oyununu çox bəyəndiyini bildirib. O, 15 yaşlı yarımmüdafiəçinin yığmamız üçün faydalı olacağına inanır: “Fələyin oyunu çox xoşuma gəldi, çox texnikalı futbolçudur. O, orta sahədə oynayır, hücumameylli futbolçudur. Həm yaradıcılıq, həm də qolçuluq keyfiyyətləri çoxdur. Hər 2, xüsusilə sol ayağı ilə yaxşı oynayır, qapıya güclü, dəqiq zərbələr endirmək bacarığına malikdir. Mən ilk növbədə Cemin özü ilə söhbətləşdim. Çünki bu məsələdə futbolçunun öz fikri, istəyi əsasdır. O, Azərbaycan yığmasında canla-başla oynamaq istədiyini dedi. Ümid edirəm ki, Cem bizə faydalı olacaq. Bizə onun kimi futbolçu lazımdır. Cemə Azərbaycan vətəndaşlığı, pasport verilməyi ilə bağlı məsələlər artıq rəhbərliyə aiddir. Əsas odur ki, biz Cemin razılığını aldıq və sənədləşdirmə işlərinin müsbət həll olunacağına inanıram”.
Mehman SÜLEYMANOV

0
0