Apasport.az-dan “penta-trik”: Sxadadze hamıdan öndə!
26.12.2011 - 21:00
Apasport.az-dan “penta-trik”: Sxadadze hamıdan öndə!
Peşəkar Futbol Liqası və Unibankın təsis etdiyi “Ayın futbolçusu” mükafatının növbəti qalibi məlum olub. Apasport.az saytının məlumatına görə, 2011-ci ilin son qalibi adını Baçana Sxadadze qazanıb.

“İnter”in futbolçusu dekabrın ən yaxşısı seçilib. Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, həmçinin media nümayəndələri arasında keçirilən sorğunun qalibi olan Sxadadze buna “Xəzər Lənkəran”, “Neftçi” və “Simurq”la oyunlarda vurduğu qollarla nail olub.

Səsvermədə Baçanaya səs verən apasport.az saytı ardıcıl 5-ci dəfə ayın ən yaxşısını düzgün müəyyənləşdirib. Avqustda Ceyhun Sultanov, sentyabrda Rəşad Abdullayev, oktyabrda Uinston Parks, noyabrda isə Flavinyonu ən yaxşı sayan saytımız Saxadadze ilə bağlı da düzgün qərar verməklə “penta-trik” müəllifi oldu.

Qeyd edək ki, qış fasiləsində istirahətə buraxılan Baçana hazırda vətəni Gürcüstanda olduğu üçün sabah keçiriləcək mükafatlandırmaya qatılmayacaq.