“Barselona”nın 6 futbolçusu ilin rəmzi yığmasında!
26.12.2011 - 19:05
“Barselona”nın 6 futbolçusu 2011-ci ilin rəmzi yığma komandasına düşüb. Apasport.az saytının məlumatına görə, Fransanın məşhur “Ekip” nəşrinin rəsmi saytı müdafiəçilər Herard Pike, Daniel Alveş, yarımmüdafiəçilər Serxio Buskets, Xavi Ernandes, Andreas İnyesta və hücumçu Lionel Messini bu ilin komandasına daxil etdiyini açıqlayıb.
Göründüyü kimi, heyətin yarıdan çoxunu Çempionlar Liqası və klublararası dünya çempionunun futbolçuları təşkil edib.
“Barsa”nın əzəli rəqibi olan Madrid “Real”ından cəmi 2 futbolçu – müdafiəçi Marselo ilə hücumçu Kriştianu Ronaldoya ilin komandasında yer verilib. Onlarla yanaşı, “Bavariya”nın qapıçısı Manuel Noyer, “Mançester Yunayted”in müdafiəçisi Nemanya Vidiç, “Mançester Siti”nin David Silva rəmzi yığmaya daxil edilib.

0
0