“Bakı” imtina, “Simurq” transfer etdi
27.12.2011 - 00:01
“Bakı” imtina, “Simurq” transfer etdi
“Bakı” daha bir futbolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, latviyalı baş məşqçi Aleksandr Starkov Əziz Quliyevin ardından Emin Cəfərquliyevi də sərəncamında görmək istəməyib.

Artıq onunla müqaviləyə xitam verilib. “Zolaqlılar” əsas heyətə çox nadir hallarda düşən Eminə azad agent statusu verib. Yəni, 21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü heç bir rüsum ödəmədən digər komandaya keçib.

Belə ki, futbolçu artıq “Simurq”la anlaşıb. Emin Zaqatala təmsilçisinin qış transfer dönəmində heyətinə qatdığı ilk oyunçudur. O, mövsümün sonuna qədər bölgə komandasının uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Bakı” ilə müqaviləsini ləğv edən Əziz Quliyev isə daha iddialı “İnter”in şərəfini qoruyacaq.