“İnter” - “Turan” oyunu dünya çempionatının finalı ilə müqayisə olundu
27.12.2011 - 00:06
Azərbaycan kubokunun 1/8 final mərhələsinin başa çatmayan “İnter” – “Turan” oyunu dünya çempionatının finalı ilə müqayisə olunub. Apasport.az saytının məlumatına görə, ikinci hissədə meydana çıxmayan Tovuz təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev bunu Almaniya və İngiltərə yığmaları arasında 1966-cı ildə baş tutmuş qarşılaşmaya bənzədib.
Onun fikrincə, Asif Mirilinin zərbəsindən sonra qol hesaba alınsa da, bunu dəqiqləşdirmək olmur: “1966-cı il dünya çempionatında İngiltərənin Almaniya millisinin qapısına vurduğu zərbənin qol olub-olmadığı indiyədək müzakirə olunur. “İnter” – “Turan” matçına gəlincə, bu barədə konkret fikir söyləməyə çətinlik çəkirəm. Epizodlara baxsam da, tam qərar vermək çox çətindir. Hər halda, ora yaxın olan adamlar bunu daha yaxşı görə bilərlər. Bizim yerləşdiyimiz “texniki zona” ilə qapı arasında məsafə uzaq olduğundan, görmədim”.
Abdullayev hesab edir ki, hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır: “Epizoda yaxın olan adamlar hərə bir söz deyir. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Mən isə elə adamam ki, dəqiq görmədiyim şey haqqında fikir bildirmirəm. Yəqin ki, bu məsələ uzun müddət müzakirə olunacaq”.
Qeyd edək ki, “Turan” həmin matçın ikinci hissəsinə çıxmaqdan imtina etdiyi üçün texniki məğlubiyyət almışdı.

0
0