“Qalatasaray”ın transfer siyahısında yeni ulduz
27.12.2011 - 10:29
“Qalatasaray”ın transfer siyahısında yeni ulduz
“Qalatasaray” heyətini gücləndirmək yönündə növbəti addım atıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Çexiya millisinin futbolçusu Tomaş Rositski ilə danışıqlara başlayıb.

İngiltərə “Arsenal”ında çıxış edən 31 yaşlı futbolçuya ildə 2,5 milyon avro təklif olunur. Lakin bunun üçün klublar arasında da razılıq əldə olunmalıdır. Bundan sonra Tomaşla 3 illik müqavilə imzalanacaq. Türkiyəlilər London təmsilçisinə 2 milyon avro verməyə hazırdır.

Qeyd edək ki, Rositskiyə qədər Cerdan Şakiri, Dario Srna, Obafemi Martins və Migel də “Qalatasaray”ın potensial transferləri kimi göstərilib.