Vaqif Sadıqov: Qayıqda, yoxsa sahildə?
27.12.2011 - 10:10
“Anji”nin yeni baş məşqçisi Yuri Krasnojan azərbaycanlı mütəxəssis Vaqif Sadıqovla birgə çalışacağını hələ müəyyənləşdirməyib. Apasport.az saytının məlumatına görə, 48 yaşlı rusiyalı mütəxəssis məşqçilər korpusu ilə bağlı bir müddət sonra qərar verəcək.
Məlum olduğu kimi, bu ilin yanvarından Mahaçqala təmsilçisinin həmin vaxt baş məşqçisi olan Hacı Hacıyevin dəvəti ilə orada çalışan 52 yaşlı Sadıqov həmkarı cəzalı olanda, komandanı Premyer Liqada 3 oyuna çıxardı. Hacıyevin istefasından sonra ilin sonuna kimi baş məşqçi postu tapşırılan gənc rusiyalı çalışdırıcı Andrey Qordeyev həmyerlimizi köməkçisi kimi saxladı.
Klubun vitse-prezidenti German Çistyakov köməkçilərin taleyini yeni baş məşqçinin öhdəsinə buraxıb: “İlk növbədə Qordeyevə çətin vaxtda komandanı götürüb, nəinki ilk “8-liy”ə düşdüyünə, həm də 3-cü dövrənin oyunlarında uğurlu çıxışına görə böyük təşəkkür etmək istərdim. Onun klubumuzda işini davam etdirməyini çox istərdik. Ümumilikdə məşqçilər korpusuna gəlincə, Krasnojanın baxıb, kiminlə işləməyə qərar verməyə vaxtı var”.
Krasnojan isə bu məsələdə tələsik qərar çıxarmaq istəmir və gözləməyi lazım bilir. O, ilk öncə məşqçilər korpusu ilə tanış olmağı planlaşdırır: “Axı biz məşqçilər heyətini müəyyənləşdirməliyik. Mən tərəfdən insanları iş başında görməyib, onlarla yollarını ayırmağım ən azı düzgün olmazdı. Qarşıda 3 təlim-məşq toplanışımız var. Deməli, kimin bizlə qayıqda olacağına, kiminsə sahildə qalacağını başa düşməyə yetərincə vaxtımız var. Komanda yanvarın 8-ə kimi istirahətdə olduğundan, klubun bütün infrastrukturu ilə tanış olmağa vaxtım var. Axı “Anji” təkcə əsas komanda deyil, həm də gənclər heyəti, farm-klubu “Daqdizel” və məktəbidir. Biz bir yumruq kimi olmalıyıq”.
Qeyd edək ki, Rusiya çempionatının II divizionunda oynayan “Daqdizel”in baş məşqçisi millimizin və “Anji”nin sabiq futbolçusu Emin Ağayevdir.

0
0