Amit Quluzadənin yeni baş məşqçisi komandanı çempion etməlidir
27.12.2011 - 11:00
Azərbaycan yığmasının futbolçusu Amit Quluzadənin oynadığı Türkiyənin “Ərciyyəspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Kayseri şəhərinin Bank Asiya I liqadakı təmsilçisi Fikrət Yılmazla yollarını ayırandan sonra Kəmaləttin Şəntürkü “sükanı arxası”na gətirib. O, “Qalatasaray”ın məşhur futbolçusu Ərgün Pəmbə “Ərciyyəspor”un baş məşqçisi olanda, köməkçisi işləyib. Ancaq bu, Amitdən əvvəl olduğundan, 19 yaşlı futbolçumuz yeni çalışdırıcısının rəhbərliyi altında oynamayıb.
Klub rəhbərliyi rəsmi müqavilənin imzalanma mərasimində köməkçi məşqçilərin adlarını da açıqlayıb. Belə ki, Şəntürkə köməkçilər kimi Volkan Kilimçi, Hayrettin Aksoy və Mustafa Şimşək Özkeşə gətirilib. “Ərciyyəspor”un prezidenti Ziya Ərən Yılmazla hazırladığı transfer siyahısında fikir ayrılığının yarandığını, baş məşqçinin bu üzdən istefa verdiyini açıqlayıb: “Təbii ki, baş məşqçisiz qala bilməzdik. Bu üzdən Şəntürk və köməkçiləri ilə anlaşma imzaladıq. Mövsümün əvvəlindəki hədəfimizlə sonundakı hədəfimiz arasında fərq yarandı. Artıq dönülməz bir nöqtəyə gəldik. Hədəfimiz çempionluqdur. Bunun üçün nə lazımdırsa, edəcəyik. Şəntürkün uğurlu olacağına inanırıq və sonuna qədər onun arxasında olacağıq”.
Şəntür çempionluq hədəfini qəbul edir: “Liderlə aramızda xal fərqi 3-dür. Çempionluq üçün ən şanslı komanda bizik. Komandamıza yeni transferlər ediləcək, bəzi futbolçular isə göndəriləcək”.
Qış fasiləsinə 5-ci pillədə yollanan Quluzadənin komandası yanvarın 1-12-i aralığında Antalyadakı “Papillon Belfil” otelində təlim-məşq toplanışı keçirəcək.
Qeyd edək ki, Amit cari mövsümdə “Ərciyyəspor”un heyətində 17 oyunda 13-də meydana çıxıb. Yarımmüdafiəçimiz Yılmazın vaxtında daha çox əsas heyətdə yer alsa da, axır vaxtlar sonradan meydana çıxırdı.

0
0