Yeni liqanın formatı yanvarın 16-da bəlli olacaq
27.12.2011 - 11:17
Yeni liqanın formatı yanvarın 16-da bəlli olacaq
“Şərqi Avropa Liqasına 12 ölkə klublarının qatılması planlaşdırılır. Bunlar Azərbaycan, Ermənistan, Bolqarıstan, Yunanıstan, Qazaxıstan, Kipr, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna təmsilçiləridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şərqi Avropa Liqasının təşəbbüs qrupunun rəhbəri Dmitri Hacınikolov deyib.

Bolqarıstan MOİK-inin beynəlxalq şöbəsinin müdiri qarşıdakı planlar haqda fikirlərini açıqlayıb: “Əsas məqsədimiz Şərqi Avropa klubları ilə Qərbi Avropa komandaları arasında uçuruma bənzər fərqin aradan qaldırılmasıdır. Bu fərq də onların Çempionlar Liqası və Avroliqadakı təmsilçiliyi ilə bağlıdır. Gələn il yanvarın 16-da yenidən bir araya gəlib, əsasnamə və formatı müzakirə edəcəyik”.

Qeyd edək ki, əvvəl yarışdakı Azərbaycan təmsilçisi kimi “İnter”in adı hallansa da, sonradan bolqar həmkarlarımız “Neftçi”nin Şərqi Avropa Liqasına qatılacağını iddia edirdi.