Rauf Əliyev “Valensiya”da
27.12.2011 - 11:45
AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev İspaniyanın Valensiya şəhərində olub. Apasport.az saytının məlumatına görə, səfər çərçivəsində Əliyev Valensiya Regional Futbol Federasiyasının baş katibi Emilio Zamora ilə görüşüb, uşaq futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, futbol məktəblərinin iş prinsipi ilə tanış olub.
Məşhur “Valensiya”nın bazasında olan AFFA rəsmisi klubun icraçı-direktoru Xordi Bruxola Ruis və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Visente Sarion ilə görüşüb. Aparılan müzakirələrdə Valensiya təmsilçisinin müxtəlif yaş qruplarından ibarət komandaları, o cümlədən qızlardan ibarət komandalar ilə müvafiq yaş qrupuna daxil olan Azərbaycan komandaları arasında yoldaşlıq oyunlarının təşkil olunması barədə ilkin razılıq əldə olunub.
Görüş zamanı həmçinin “Valensiya” ilə ölkəmizdəki klublardan birinin “Qardaşlaşmış klublar” olması barədə fikirlər səsləndirilib və müsbət qarşılanıb.
Qeyd edək ki, 2012-ci ilin avqust ayında “Valensiya”nın nümayəndələrinin Azərbaycana səfər etməsi planlaşdırılır.
Mənbə: affa.az

0
0