“İnter”in tarixinə düşən hücumçu
27.12.2011 - 12:17
Gürcüstanlı legioner Baçana Sxadadze “İnter”in tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu PFL və Unibankın keçirdiyi ənənəvi “Ayın futbolçusu” mükafatının qalibi olmaqla, klubu üçün ilkə imza atıb.
Belə ki, 2009/10 mövsümündən etibarən keçirilən sorğunun tarixində heç vaxt “İnter”in oyunçusu qalib olmamışdı. Hətta həmin mövsüm çempion olmaları da Kaxaber Sxadadzenin yetirmələrinə uğur gətirməmişdi. Lakin 2009-cu ilin oktyabrından keçirilən müsabiqənin sayca 21-ci qalibi “İnter”in futbolçusu olub. İlkə imza atan Baçana əvvəlki 20 sorğuda qalib adına həsrət “bankirlər”in uğursuz ənənəsinə son qoyub.
Qeyd edək ki, “İnter”ə qədər “Neftçi” 6, “Qarabağ” 5, “Bakı”, “Kəpəz”, “Xəzər Lənkəran” hərəyə 2, “Karvan”, “Simurq” və AZAL isə hərəyə 1 dəfə “Ayın futbolçusu” mükafatına sevinmişdi.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0