Kaxaber Sxadadze Almaniyaya dəvət olundu
27.12.2011 - 12:59
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Almaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, 43 yaşlı gürcüstanlı çalışdırıcı futbolçu karyerasının bağlı olduğu bu ölkəyə baş çəkməyə qərar verib.
Bu məqsədlə oradakı dost-tanışlarının dəvətini qəbul edən Sxadadze Premyer Liqamızda hazırkı fasiləsinə dəyərləndirməyi lazım bilib. Ancaq Bakı təmsilçisinin çalışdırıcısı Yeni ili Almaniyada keçirmək fikrində deyil. Belə ki, o yaxın günlərdə vətəninə qayıdıb, 2012-ci ili ailəsi ilə birgə Tiflisdə evində qarşılayacaq.
Qeyd edək ki, Sxadadze 1993-96-cı illərdə “Ayntraxt”ın heyətində ilk 2 mövsümdə Bundesliqada oynayıb. O, Frankfurt klubunun heyətində 3 ildə keçirdiyi 73 oyunda 2 qol vurub. “Alaniya” müdafiəçini 2006-cı ildə Almaniyanın II Bundesliqasına düşən komandadan 250 min dollara transfer edib.

0
0