Admir Teli ilin futbolçusu seçildi
27.12.2011 - 13:13
“Qarabağ” klubunun ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, klubun mətbuat xidmətinin ənənəvi olaraq, futbolçular və rəhbərlik arasında keçirdiyi sorğuya əsasən 2011-ci ilin oyunçusu məlum olub.
Klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanovun da qatıldığı sorğunun qalibi Admir Teli olub. Ötən – 2010/11 mövsümünün də ən yaxşısı olan albaniyalı ilin oyunçusu olmaq üçün 172 xal toplayıb. Bu da təsadüfi deyil.
Belə ki, Admir il ərzində keçirilən 31 çempionat matçının hamısını əvəzolunmadan keçirərək 3 qol vurub və 3 sarı vərəqə alıb.
30 yaşlı müdafiəçi sorğuda ən yaxın izləyicisi həmyerlisi Ansi Aqolli olub. Teli komanda yoldaşını 14 xal qabaqlayıb. 3-cü olan Rəşad Sadiqov 155, 4-cü olan Rəşad Sadıqov 148 xal toplayıb.
Qeyd edək ki, Maksim Medvedev (2008), Vaqif Cavadov (2009) və Rauf Əliyev (2010) əvvəlki illərdə “Qarabağ”ın ən yaxşısı seçilmişdi.

0
0