Sadıqov transferə çıxarıldı
27.12.2011 - 13:27
"Neftçi" 2 futbolçusunu başqa klublara icarəyə verilmək üçün transferə çıxarıb. Apasport.az saytının məlumatına görə, bunlar qapıçı Elçin Sadıqov və müdafiəçi Tural Nərimanovdur.
Əsas komandanın heyətinə düşməkdə çətinlik çəkən gənc futbolçuların oyun praktikası qazanması üçün icarəyə verilməsi məqsədəuyğun sayılıb. Lakin onlara real müştəri çıxmadığından “Neftçi” rəhbərliyi digər klublardan təklifləri gözləyir.
Qeyd edək ki, bunadək bakılıların digər oyunçusu Nicat Qurbanov artıq "Simurq" klubuna icarəyə verilib.

0
0