“Lomayanı hər ay ən yaxşı seçmək lazımdır”
27.12.2011 - 14:00
Dekabrın ən yaxşı futbolçusu seçilən “İnter” klubunun gürcüstanlı hücumçusu Baçana Sxadadzenin apasport.az saytına müsahibəsi
“Ümid edirəm ki, bu, sonuncu mükafatım olmayacaq”
- Öncə dekabrın ən yaxşısı seçilməyiniz münasibətilə sizi təbrik edirik. Maraqlıdır, bu xoş xəbəri birinci sizə kim çatdırdı?
- Əvvəlcə təbrikə görə sizə minnətdarlıq edirəm. Dünən menecerimiz Səbuhi Səfiyarlı mənə zəng etmişdi. Dekabrın ən yaxşı futbolçusu seçildiyimi deyib, məni mükafatlandırma mərasiminə dəvət etdi. Ancaq təəssüf ki, tədbirdə iştirak edə bilməyəcəyəm.
- Niyə?
- Həyat yoldaşım və oğlum xəstələnib. Çox təəssüf ki, bu mükafatı şəxsən ala bilməyəcəyəm. Ancaq ümid edirəm ki, bu, sonuncu olmayacaq və növbəti mükafatları qazanıb, bunu şəxsən alacağam.
- Saytımız ayın ən yaxşı futbolçusu ilə bağlı sorğuda sizə səs verib...
- Bundan xəbərim var. Dünən axşam saytınızda gedən yazını oxumuşam. Bu etimada görə sizə “çox sağ ol” deyirəm.
- Dekabrın ən yaxşı futbolçusu olacağınızı gözləyirdiniz?
- Düzünü desəm, bu haqda fikirləşmirdim və ən yaxşı seçilməyim mənim üçün xoş sürpriz oldu.
- Yəqin ki, “İnter”də baş məşqçiniz olan atanız Kaxaber Sxadadze ilə bu haqda danışmısınız. Onun buna reaksiyası necə oldu?
- Çox sevindi. Mənə uğurlar və belə davam etməyimi arzuladı.
- Ölkəmizdə uzun müddət çıxış etsəniz də, belə mükafatı ilk dəfə alacaqsınız...
- Bu, mənim üçün gələcəyə böyük stimuldur. Mənə səs verən insanları məyus etməməyə çalışacağam. Ümid edirəm ki, gələcəkdə bir daha həmin mükafatı alacağam. Özü də təkcə bunu yox.
- Yeri gəlmişkən, artıq bir dəfə PFL-dən mükafat almısınız. Ötən mövsüm “Simurq”da icarə əsasında oynadığınız vaxt mövsümün ilk qolunu vurduğunuza görə...
- Yadımdadır, onda ilk turda “Gəncə” ilə 1:1 hesabı ilə nəticələnən səfər oyununda fərqlənmişdim. Həmin çempionatın ilk qolunu vurduğuma görə mənə mükafat verdilər. Onda ayın ən yaxşı futbolçusu “Neftçi”nin özbək hücumçusu Bahodir Nasimovun olduğunu xatırlayıram.
“İnter”in uğurlu çıxışının sirri yoxdur”
- Dekabrda çox vacib qollar vurdunuz. “Xəzər Lənkəran” və “Simurq”la səfər, “Neftçi” ilə ev oyununda vurduğunuz qollar komandanızın qələbəsində böyük rol oynadı. Hesab etmirsiniz ki, məhz bu qollar ayın ən yaxşı futbolçusu seçilməyinizdə həlledici oldu?
- Yəqin ki, belədir. Mən cari mövsümdə cəmi 4 qol vurmuşam və bunun üçü dekabrda oldu. Çox güman, məhz buna görə dekabrın ən yaxşı futbolçusu seçildim.
- Komandanız “Neftçi” və “Xəzər Lənkəran”la oyunlardan maksimum – 12 xal götürüb. Siz Lənkəranda yeganə qolun müəllifi oldunuz, “Neftçi”yə hər 2 matçda qol vurdunuz. Bu, sizin üçün böyük üstünlükdür...
- Bəli, hesab edirəm ki, bu, bütün komandamız üçün böyük nailiyyətdir. Bu, şəxsən mənim üçün də belə olsa da, ancaq fərqli məqam var. Belə ki, komandanın iddiası şəxsi iddiadan üstün olmalıdır.
- “İnter”in mövsümün əvvəlində çempionluğa, hətta mükafatlar uğrunda mübarizədə şansları yüksək qiymətləndirilmirdi, amma indi əsas favoritlərdən sayılırsınız...
- Həqiqətən belədir. Mövsümün əvvəlində bizi favorit saymırdılar. Hətta komandamızın ilk “altılığ”a düşəcəyini heç kim düşünmürdü. Ancaq hamı bunun əksini gördü. Bu haqda çox danışmaq lazım deyil, sadəcə, biz öz işimizi görürük. Bu, təkcə futbolçuların, məşqçilər korpusunun yox, klubda çalışan bütün insanların uğurudur. Nailiyyətimizdə masajçıdan rəhbərliyə qədər hər kəsin əməyi var.
- “İnter”in uğurlu çıxışının sirri nədədir?
- Heç bir sirr yoxdur. Ümumiyyətlə, futbolda sirlə bağlı nəsə fikirləşib tapmaq lazım deyil. Sadəcə, düzgün oynamağa çalışmaq lazımdır. Biz də buna çalışırıq. Çox mehriban komandamız var. Meydanda bir-birimizi sığortalayaraq, kollektiv oyuna üstünlük veririk. Fikrimcə, bu, komanda ruhudur və uğurumuzda əsas rol oynayır. Bəlkə də sirr budur, mən bilmirəm.
- Uğurlu çıxışda atanızın da əməyini qeyd etmək lazımdır. Kaxaber Sxadadzeni Premyer Liqa klublarında məşqçi işi görünən azsaylı mütəxəssislərdən saymaq olar. Hər halda, komandanızın heyəti o qədər güclü deyil...
- Fikrimcə, heyətində mütləq “ulduz” futbolçuların olmağı vacib deyil. Əsas komanda oyunu göstərməkdir.
“Georgini komandamızın ən yaxşı futbolçusu sayıram”
- Maraqlıdır, siz dekabrın ən yaxşısı olmağa kimi layiq bilirsiniz?
- Açığı, bu haqda fikirləşməmişəm. Buna layiqli olan müxtəlif komandalarda çox futbolçu var.
- Biz komanda yoldaşınız, qapıçı Georgi Lomayanın namizədliyinə üstünlük verərdik. Hər halda, “Neftçi”yə 0:1 hesabı ilə uduzduğunuz oyunda Lomaya Nasimovun penalti zərbəsini dəf etməsəydi, sizin qol vurmağınız, sonda qələbə qazanmağınız olmaya bilərdi...
- Bəli, Georgi həmin oyunda komandamızı xilas etdi. Fikrimcə, Lomaya hər ay ən yaxşı futbolçu olub, mükafatı almalıdır (gülür).
- O, penaltiləri məharətlə qaytardığına görə?
- Təkcə penaltilərlə yox. Gördüyünüz kimi, Lomaya uğurlu çıxış edir. O, təkcə cari yox, Azərbaycana gəldiyi bütün mövsümlərdə əla oynayır. Mən belə deyərdim ki, reallıqda Lomaya cari mövsümdə komandamızın ən yaxşı futbolçusudur. Çünki çətin vaxtda xilaskar kimi oynayaraq, lazım olan vaxtda topun qapıdan keçməyinə imkan vermir. Təsadüfi deyil ki, Georgi cari mövsümdə ən az qol buraxır və hazırda Azərbaycanda oynayan ən yaxşı qapıçıdır. Bu, mənim versiyamdır.
“Biz qafqazlılar emosionalıq”
- Həm atanız, həm də siz oyunlar zamanı çox emosional görünürsünüz. Bu çılğınlıq nə ilə bağlıdır?
- (gülür) Düşünürəm ki, futbolda olan, bu prosesdə iştirak edənlərin hamısı emosional insanlardır. Sadəcə, hərə bunu fərqli ifadə edir. Ümumiyyətlə, təkcə biz gürcülər yox, qafqazlıların hamısı emosionaldır.
- “Xəzər Lənkəran”la səfər oyununda azarkeşlərin tribunadan atdığı daş atanızın başını yarmasından sonra Sxadadzelərin Azərbaycana qarşı münasibəti dəyişməyib ki?
- Mən belə vəziyyətə görə incidim, vəssalam. Təkcə mən yox, hamımız üzüldük. Fikrimcə, siz də incidiniz. Çünki vəziyyətin özü xoşagəlməzdir. Azarkeşlərin qonaq komandanın baş məşqçisinə qarşısına qarşı belə davranışı yaxşı hal deyil.
- İndi çoxları belə deyir ki, “İnter” qış fasiləsində bir neçə futbolçu ilə güclənməlidir. Xüsusilə, sizin çıxış etdiyiniz mövqeyə futbolçu gətirilməyinin vacibliyi, hücumda tək Baçana Sxadadzeyə çətin olduğu haqda çox danışılır. Bu haqda nə düşünürsünüz?
- Hesab edirəm ki, komandanın güclənməsinə həmişə ehtiyacı var. Komandamızın əsas heyəti hazırda çox yaxşı çıxış edir. Yeni transferlərlə bağlı isə məşqçilər, klub rəhbərliyi məşğuldur.
“Oğlum istəməsə, onu buna məcbur etməyəcəyəm”
- Yeni ili necə keçirmək fikrindəsiniz?
- Adəti üzrə evdə ailəmlə birgə. Təbii ki, atam da bizimlə olacaq.
- İstirahət müddətində xaricə, hansısa kurort şəhərinə getməyi planlaşdırmısınız?
- Yox. İstirahətimi Gürcüstanda keçirəcəyəm.
- Həm Azərbaycanda, həm də Gürcüstanda mobil telefonunuzun nömrəsinin 28-lə bitməyi diqqətimizi çəkdi. “İnter”də 28 nömrə altında çıxış edirsiniz. Bu rəqəmə sevginiz nə ilə bağlıdır?
- Bu, mənim üçün sevimli rəqəmimdir. Çünki oğlum yanvarın 28-də dünyaya gəlib. Bundan sonra 28 ən sevimli rəqəmim olub.
- Oğlunuzun adı nədir?
- Kaxaber. 3 yaşı var.
- Deməli, Sxadadze ailəsində daha bir – kiçik Kaxaber var. Onun sizin kimi futbolçu olmağını istərdinizmi?
- Əlbəttə. Kim bunu istəməz ki? Futbolçu olmaq istəsə, ona bu işdə kömək edəcəyəm. İstəməsə, buna məcbur etməyəcəyəm.
Mehman SÜLEYMANOV

0
0