“Kəpəz”də əcaib qərar: Qovulan futbolçular yenidən qayıdır
27.12.2011 - 14:59
“Hələ heç bir planımız məlum deyil. Açığı, komandanı hələ qəbul etməmişəm. Yanvarın 5-də futbolçular bir araya gələcək və ondan sonra planlarımız açıqlanacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Kəpəz” klubunun baş məşqçisi Fuad İsmayılov deyib.
Mirbağır İsayevin istefasından sonra yenidən Gəncə təmsilçisinin baş məşqçisi təyin edilən İsmayılov hələlik hazırlıq planının hazır olmadığını deyib. O, Yeni ildən sonra bu işlərlə bağlı açıqlama verəcəklərini bildirməklə yanaşı, İsayev tərəfindən göndərilən 11 futbolçunun aqibətinə də aydınlıq gətirib: “Hələ həmin 11 nəfərin siyahısı ilə tam tanış deyiləm. Legionerlərdən geri dönən olmayacaq. Ancaq azərbaycanlı futbolçular qayıda bilər”.
Mütəxəssis göndərilənlər sırasında olan Renat Sultanovun yenidən “Kəpəz”ə dönəcəyini istisna etməyib: “Bəli, Renatın dönüşü istisna deyil. Tək Renat yox, siyahıda yer alan digər yerli futbolçular da komandada qala bilərlər”.
Təbii ki, əsas müzakirə mövzusuna çevrilən və Mirbağır İsayevin istefasına səbəb olan Tural Abbaszadənin məsələsi isə artıq qapanıb. İsmayılov onu komandada saxlamağa qərar verib: “Tural qalacaq. O, gənc qapıçıdır. Güclü olacaq oynayacaq, zəif olacaqsa ehtiyatda qalacaq. Oğlum yerindədir, onunla prinsip aparmayacağam ki? O, “Kəpəz”ə birdən-birə gəlməyib. Əvvəllər “Simurq”da oynayıb. Araşdırıb görsünlər ki, uşaq vaxtlarında necə çıxış edib. Belə olmaz axı. Bəlkə o sabah getdi başqa bir komandada özünü yaxşı tərəfdən göstərdi, onda necə olacaq?”
Baş məşqçi transfer planları haqda da məlumat verdi. O, qış fasiləsində ancaq yerli futbolçuların keçidinə nail olacaqlarını deyib: “Ancaq azərbaycanlı futbolçular dəvət edəcəyik. Onların arasında “Tərəqqi”nin üzvləri də ola bilər. Yerli futbolçulara üstünlük verməyimiz maliyyə ilə bağlı deyil. Əcnəbilər gəlir bir oyun oynayır, sonra ayağını tutur ki, zədələnmişəm və mövsümü yola verir. Yenə öz uşaqlarımız ölənə qədər vuruşurlar, mübarizə aparırlar”.

0
0