“Anji”də keçirdiyim 1 il həyatımda ən xoşbəxt illərdəndir”
27.12.2011 - 16:00
“Komandamız hazırlıq məqsədilə yanvarın 8-də bir araya gələcək. 2 gün sonra Dubayda təlim-məşq toplanışı başlayacaq ki, mən də Bakıdan birbaşa ora getməyi planlaşdırırdım. Ancaq artıq yeni baş məşqçimiz təyin olunduğundan, Mahaçqalaya yollanacağam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” klubunun məşqçisi Vaqif Sadıqov deyib.
Milli komandamızı 3 müxtəlif vaxtda çalışdıran təcrübəli mütəxəssis bu il Mahaçqala təmsilçisində böyük məşqçi kimi çalışdı. Onu komandaya dəvət edən Hacı Hacıyevin istefasından sonra da “Anji”də işi davam etdirən Sadıqov yeni baş məşqçinin adını öyrəndi. Belə ki, maddi imkanları çox yaxşı olan Premyer Liqa təmsilçisi yerli mütəxəssis Yuri Krasnojanla 5 illik müqavilə bağlamağa qərar verdi.
52 yaşlı məşqçimizin sözlərinə görə, bu təyinat onun üçün gözlənilməz olmayıb: “Krasnojanın komandamıza baş məşqçi təyin edilməyi mənim üçün təəccüblü deyil. Klub üstün tutduğu futbol fəlsəfəsini ortaya qoydu. “Anji” baş məşqçi postunu Rusiyanın ən istedadlı mütəxəssislərindən birinə tapşırdı. Təsadüfi deyil ki, Krasnojanla 5 illik müqavilə imzalandı. Bu, o deməkdir ki, Mahaçqala təmsilçisi onun rəhbərliyi altında uzun müddət ərzində böyük işlər görməyi qarşısına məqsəd qoyub. Yeni baş məşqçi ilə Rusiyada görüşmüşük, qiyabi tanışlığımız var. Ancaq yaxın münasibətimiz yoxdur”.
İndi futbolsevərlərimizi Sadıqovun “Anji”də gələcək taleyi maraqlandırır. Hər halda, yeni baş məşqçi köməkçilərini yanına gətirib, əvvəlkilərlə vidalaşmağı futbolda normal hal sayılır. Krasnojan “Anji”də çalışanlarla tanış olduqdan sonra məşqçilər korpusunu müəyyənləşdirmək fikrindədir.
Maraqlıdır, Sadıqov komandada gələcək taleyini necə görür? “Mənim “Anji” ilə cari mövsümün sonuna kimi müqaviləm var. Necə olacağını indidən deyə bilmərəm. Komandamıza yeni fikirli baş məşqçi gəlib. Krasnojanın mənimlə çalışıb-çalışmayacağını zaman göstərəcək. “Anji”də keçirdiyim 1 il həyatımda ən xoşbəxt illərdəndir. Bu müddətdə komanda mənə çox yaxın oldu. Əslində, “Anji” 1999-cu ildə orda işlədiyim vaxtdan mənə yaxın idi. Sadəcə, bu 1 ildə mənə daha da doğmalaşdı. Hacıyevin gedişindən sonra komandamız ağır vəziyyətdə olmasına baxmayaraq məqsədinə çatdı, ilk “8-liy”ə düşdü. Cari mövsümdə ən azı avrokuboklar sırasına düşmək şansımız böyükdür. Hesab edirəm ki, “Anji”dəki futbol həyatım gələcəkdə mənə xeyirli olacaq”.
Sadıqov Roberto Karlos, Samuel Eto’O kimi dünya səviyyəli ulduz futbolçuların məşqçisi olan ilk azərbaycanlı kimi tarixə düşdü. Hər halda, belə məşhur oyunçuları hazırlamaq, Hacıyev cəzalı olan vaxtda onları baş məşqçi əvəzi kimi meydana çıxarmaq hər adama nəsib olmur: “Anji”nin ulduzları işbirliyimizdə özlərini əsl peşəkar kimi aparırdılar. Onlarla çalışmağım Azərbaycan futbol ölkəsi baxımından o qədər də geri qalmadığını göstərir. Roberto Karlos, Samuel Eto’O, “Çelsi”dən transfer etdiyimiz Yuri Jirkov kimi tanınmış oyunçular mənə çox böyük hörmətlə yanaşırdılar. Bu, mənim üçün böyük şərəfdir və belə münasibətlə qürur hissi keçirirəm. Klub rəhbərliyindən özümə qarşı böyük hörmət görmüşəm ki, bunlar məni sevindirir”.
Mehman SÜLEYMANOV

0
0