FİFA beynəlxalq dərəcəli hakimlərimizin sayını artırdı
27.12.2011 - 15:52
FİFA 2012-ci ildə beynəlxalq oyunlara təyinat alacaq azərbaycanlı hakimlərin siyahısını təsdiqləyib. Lent.az-ın əldə etdiyi məlumata görə, siyahıda ötən illə müqayisədə dəyişiklik və əlavələr baş verib.
Fariz Yusifov, Anar Salmanov və Vüsal Əliyev futbol üzrə FİFA referisi kimi qalıblar. Lakin köməkçi hakimlərdən Samir Hacıyevlə Elman Musayevi Namiq Süleymanov və Yaşar Abbasov əvəzləyib. Mehman Mahmudov, Vaqif Musayev, Mübariz Haşımov və Zeynal Zeynalov FİFA laynsmanı kimi fəaliyyətlərini davam etdirəcəklər.
Futzal üzrə FİFA referilərinin siyahısında bir dəyişiklik baş verib. Yenə iş başında olacaq Elçin Məmmədov, Elçin Səmədli və Ramil Namazova Yusif Nurullayev qoşulub. Bununla futzal referilərimizin də sayı artıb.
Çimərlik futbolu üzrə FİFA referilərimizdən Əfqan Həmzəyev yenə beynəlxalq oyunlara təyinat olacaq. Fuad Həsənovu isə İnqilab Məmmədov əvəzləyib.
Qadın futbolu üzrə beynəlxalq dərəcəli hakimlərimizin siyahısında isə 2 dəfə artım baş verib. Belə ki, 2011-ci ildə Venera Kahriç baş hakim, Maya Nəbiyeva ilə Ülviyyə Mustafayeva yan xətt hakimləri idilərsə, Səbayel Qurbanova baş hakim, Yuliya Larionova və Gülyana Güvəndiyeva yan xətt hakimləri kimi təsdiqlənib. Bu artımın 2012-ci ildə Bakıda 17 yaşadək qızlar arasında dünya çempionatının keçiriləcəyi ilə bağlı olduğu güman edilir. Yəqin ki, dünya çempionatında azərbaycanlı hakimlər də oyun idarə edəcəklər.

0
0