Vaqif Cavadovun komandasına qadağa və 100 minlik cərimə
27.12.2011 - 16:55
Bu gün Rusiya Futbol İttifaqının (RFİ) Mübahisəli Məsələlərin Həlli Palatasının növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda azərbaycanlı futbolçu Vaqif Cavadovun oynadığı Rusiyanın “Volqa” klubunu haqda sərt qərar çıxarılıb.
Belə ki, komanda futbolçusu Roman Monarevin qarşısında maliyyə öhdəliklərini yerinə yetirməyənə kimi yeni futbolçuları qeydiyyatdan keçirə bilməz. “Volqa”ya həmin futbolçu ilə hesablaşmaq üçün son vaxt 2012-ci ilin yanvarın 20-si qoyulub.
Qurum Cavadovun komandasını hələ noyabrın 11-də futbolçusunun borcunu ödəməklə bağlı xəbərdar etsə də, buna məhəl qoyulmamışdı. Nəticədə RFİ “Volqa”ya 100 min rubl cərimə kəsib.

0
0