“Bakı”da yeni “10 nömrə”
27.12.2011 - 22:19
“Bakı”da yeni “10 nömrə”
“Bakı” rəhbərliyi ilin yekunlarına dair tədbir keçirib. Apasport.az saytının məlumatına görə, klubun bazasında baş tutan toplantıda əvəzedici heyətlə yanaşı, “Bakı”nın bütün aşağı yaş qrupları üzrə komandaların da yer alan futbolçular, məşqçilər və yeniyetmələrin valideynləri iştirak ediblər. Diqqət çəkən məqam odur ki, bütün futbolçular “Bakı”nın dəst formasında olublar.

Tədbirdə “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov çıxış edərək, ürək sözlərini deyib: “Əvvəlcə bütün Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Bu tədbiri keçirməkdə məqsəd həmrəy olduğumuzu göstərməkdir. Burada uşaqların çoxluq təşkil etməsi də təsadüfi deyil. Çünki gələcəyimiz onların əlindədir”.

Tədbirdə Zamiq Hüseynov, Eyyub Yaqubov kimi tanınmış sənətçilər də çıxış ediblər. Əməkdar artist Eyyub Yaqubova “Bakı”nın 10 nömrəli futbolkası hədiyyə olunub. Ona analoji hədiyyəni “Bakı” klubunun təsisçilərindən olan Nail Əliyev təqdim edib.