Azərbaycanlı futbolçu KAMAZ-da oynaya bilər
28.12.2011 - 00:01
Azərbaycanlı futbolçu KAMAZ-da oynaya bilər
“Ximki” klubundan demək olar ayrılmışam. Çünki burada vəziyyət yaxşı deyil. Komanda turnir cədvəlinin ortalarında qərarlaşsa da, bunlar pul vermək istəmirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vüsal Hüseynov deyib.

31 yaşlı futbolçu bildirib ki, karyerasını yenidən Rusiya çempionatında davam etdirə bilər: “Düzü, Rusiyada qala bilərəm. “Ximki” kimi birinci divizionda çıxış edən KAMAZ xidmətimdə maraqlıdır. Hətta onlarla söhbətim də olub. Məsələ yanvarın 5-6-dan sonra konkretləşəcək. İnşallah, yanvarın 10-da Azərbaycana qayıdacağam. İnanıram ki, həmin vaxta qədər klubsuz qalmaram”.

Azərbaycanda “Şəmkir”, “Xəzər Lənkəran”, “Olimpik” kimi klubların formasını geyinmiş Hüseynov milli çempionatla maraqlanmadığını bildirib: “Açığı xəbərim yoxdur. Kimin istefaya getdiyini, kimin qaldığını bilmirəm. Sadəcə, yaxın dostlarım olan Vladislav Qədirov və Zaur Əsədovla danışıram”.