“Turan” “Spartak”ı məğlub etdi
27.12.2011 - 22:27
Premyer Liqada turnir cədvəlinin son pilləsində qərarlaşan "Turan" yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi Gürcüstanın yüksək dəstə komandalarından Sxinvali "Spartak"ı ilə qarşılaşıb.
Qaraxanlı qəsəbə stadionunda keçirilən qarşılaşma 2:1 hesabı ilə "Turan"ın xeyrinə başa çatıb. "Turan"ın qollarını Hafiz Əliyev və Seymur Tağıyev vurublar.
Qeyd edək ki, dekabrın 29-da "Turan" daha bir Gürcüstan təmsilçisi "Qaqra" ilə yoldaşlıq oyunu keçirəcək.

0
0