“Uzun müddət Azərbaycandan kənarda qalacağıq”
28.12.2011 - 00:02
“Uzun müddət Azərbaycandan kənarda qalacağıq”
AZAL yanvarın 8-də Bakıda toplaşacaq. 2 gün ərzində futbolçular tibbi müayinədən keçəcəklər. Bu barədə apasport.az saytına komandanın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.

Onun sözlərinə görə, komanda təlim-məşq toplanışını ölkə xaricində keçirəcək. Ancaq "təyyarəçilər"in gedəcəyi ölkə hələ müəyyənləşməyib: "Təlim-məşq toplanışını ölkə xaricində keçirəcəyik. Amma hələlik hara gedəcəyimiz dəqiqləşməyib. Təkcə onu deyə bilərəm ki, uzun müddət Azərbaycandan kənarda qalacağıq. Həmin müddət ərzində komanda ən azı 4 yoxlama oyunu keçirəcək. Rəqiblər isə hələ bilinmir. Amma çalışırıq ki, daha səviyyəli klublarla oynayaq".

AZAL-ın transfer siyasətinə də toxunan Yusifov komandanın argentinalı hücumçusu Kristian Ruzilə qarşılıqlı şəkildə yollarını ayırdıqlarını bildirib: "Artıq bir futbolçunu komandadan göndərmişik. Ruizlə müqavilə qarşılıqlı şəkildə ləğv olundu. Yeni tranferlərə gəlincə isə 4 futbolçu almağı planlaşdırırıq. Onlardan 2-si müdafiəçi, biri yarımmüdafiəçi, digəri isə hücumçu olacaq. Bunlar həm yerli, həm də əcnəbi oyunçular ola bilər".