Hüseynov reabilitasiya üçün Türkiyəyə yollandı
28.12.2011 - 09:40
“Qəbələ”nin futbolçusu Vurğun Hüseynov Türkiyənin “Acıbadem”də klinikasında reabilitasiyaya başlayıb. Apasport.az saytının məlumatına görə, son matçlarda ombasında ağrılar hiss edən 23 yaşlı müdafiəçinin reabilitasiyası klubun tibbi tərəfdaşı olan “Acıbadem”in Fulya Sağlamlıq Mərkəzində keçirilir. Futbolçuya tibb mərkəzinin həkimlərinin nəzarəti altında 10 seanslıq reabilitasiya proqramı tətbiq olunacaq. Hüseynovun gələn il yanvarın 9-da Qəbələdə start götürəcək təlim-məşq toplanışına kimi bərpa prosesini yekunlaşdırması və komanda ilə birlikdə məşqlərə çıxması gözlənilir.
Mənbə: gabalafc.az
Mənbə: gabalafc.az
0
0