“Kəpəz” yenə dağıldı!
28.12.2011 - 09:51
“Kəpəz” yenə dağıldı!
Azərbaycanın ən titullu klublarından olan “Kəpəz” yenə dağılıb. Apasport.az saytına daxil olan məlumata görə, qış fasiləsinə 10-cu yerdə çıxan Gəncə təmsilçisi Premyer Liqada çıxışını dayandırıb. Klub rəhbərliyi bununla bağlı Peşəkar Futbol Liqasına rəsmi məktubla müraciət edib.

Qeyd edək ki, 3 dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun sahibi olan “Kəpəz” 2006-cı ildə fəaliyyətini dayandırmışdı. Bundan 3 il sonra fəaliyyətini bərpa edən komanda “Gəncə” adı ilə I divizionda oynadı və onun çempionu kimi Premyer Liqaya yüksəldi. Gəncəlilər güclülər dəstəsinə qayıdandan sonra – ötən mövsüm 9-cu olmuşdu.