Berti Foqtsun daha bir rəqibi dəqiqləşdi
28.12.2011 - 10:50
Berti Foqtsun daha bir rəqibi dəqiqləşdi
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində ilk rəqibi olan İsrail yığmasının yeni baş məşqçinin təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bu vəzifəyə əsas namizəd olan Eli Qutman İsrail Futbol Assosiasiyasının prezidenti Avi Luzonla görüşüb. Orada müqavilənin şərtləri razılaşdırılıb. İsrailli çalışdırıcının illik məvacibi 200 min avro təşkil edəcək. Anlaşmaya görə, Qutman növbəti seçmə mərhələdə milli komandaya rəhbərlik edəcək. O, bu postda müqaviləsi pozulan fransalı həmkarı Luis Fernandesi əvəzləyib.

Qeyd edək ki, almaniyalı Berti Foqtsun çalışdırdığı millimizin qrupdakı rəqiblərindən yalnız Şimali İrlandiya yığmasında baş məşqçi məsələsi hələ açıq qalır.