Araz Abdullayev üçün “Koropi”
28.12.2011 - 11:01
Araz Abdullayev üçün “Koropi”
Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev yeni icarəyə verildiyi Yunanıstanın “Panionios” klubunda debüt etmək imkanı qazanıb. Aapsport.az saytının məlumatına görə, 1 ildir İngiltərənin “Everton” klubuna transfer olunan, lakin Premyer Liqa təmsilçisinə lazım olmadığından günü icarələrdə keçən 19 yaşlı yarımmüdafiəçi artıq sabah yeni komandasında debüt edə bilər.

Belə ki, “Panionios” yeni il ərəfəsində aşağı dəstədə çıxış edən “Koropi” ilə 2 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Bu matçlar komandaya yeni qoşulanlar və baxışda olanları yoxlamaq məqsədi daşıyır. Bu üzdən də Arazın hər 2 matçda meydana çıxması gözlənilir.