Düşərsiz baş məşqçi: “Kəpəz” 2-ci zərbəni də Fuad İsmayılovla aldı
28.12.2011 - 10:56
Fuad İsmayılovun “Kəpəz”in baş məşqçisi postuna qayıdışı düşərli olmadı. Apasport.az saytının məlumatına görə, Gəncə klubu yenə onun çalışdırdığı dövrdə fəaliyyətini dayandırdı. Bu, ilk dəfə 2006-cı ildə yayında baş vermişdi. 2005/06 mövsümünün qışında ciddi maliyyə problemləri ilə üzləşən, o vaxt “Gəncə” adlanan komanda çempionatı birtəhər başa vurdu və dağıldı. Nəticədə gəncəlilər 3 il peşəkar səviyyədə çıxış etmədi.
2009-cu ildə fəaliyyətini bərpa edən “Gəncə” baş məşqçi postuna İsmayılovu qaytararaq, yoluna davam etdi. Qaydaya görə, komanda birbaşa Premyer Liqada yox, I divizionda oynamalı idi. Gəncəlilərə güclülər dəstəsinə qayıtmaq üçün 1 il bəs etdi. İsmayılovun komandası I divizionun qalibi kimi Premyer Liqaya çıxdı. Ancaq “Kəpəz”də 90-cı illərdə köməkçi məşqçi işləyən bu mütəxəssis qayıdışındakı mövsümdə sona kimi postunda olmadı. Belə ki, İsmayılov 2010/11 mövsümünün “altılığ”ının əvvəlində - uğursuz çıxışa görə martda istefaya göndərilərək, uzun illər köməkçisi olduğu Mehman Allahverdiyevlə əvəzləndi.
Allahverdiyev isə cari mövsümün gedişində - noyabrda istefa verdi və onun yerinə Mirbağır İsayev təyinat aldı. İsayev isə “Kəpəz”də cəmi 1 ay işlədi və qış fasiləsi başlayan kimi postundan getməyə qərar verdi. Gənc çalışdırıcı komandadan çıxardığı ehtiyat qapıçı Tural Abbaszadəni rəhbərliyi qaytarmağına etiraz əlaməti kimi istefa verdi.
Qeyd edək ki, İsmayılov Gəncə klubunun baş məşqçi postuna ən çox gedib-gələn çalışdırıcıdır. O, 5 dəfə - 2003, 2004, 2006, 2009 və 2011-ci illərdə komandanın “sükanı arxası”ında olub.

0
0